AZ

Yeni Baş nazir rəqiblərini yüksək vəzifəyə təyin etdi

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaponiyanın yeni seçilmiş Baş naziri Sanae Takaiçi LDP partiyasının lideri vəzifəsi uğrunda mübarizədə onunla rəqabət aparan müavinləri nazir postlarına təyin edərək yeni koalisiya hökuməti yaradıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Yaponiya İmperatoru çərşənbə axşamı Takaiçini rəsmi olaraq baş nazir təyin edib.

O, öz növbəsində müdafiə naziri postuna partiya liderliyi uğrunda mübarizədə əsas rəqibi olan Koizumi Şincironu təyin edib.

Digər keçmiş rəqibi Hayaşi Yoşimasa isə milli işlər, yerli muxtariyyət və kommunikasiyalar naziri təyin olunub.

Bundan əlavə, Takaiçi LDP-nin keçmiş baş katibi Moteqi Toşimitsunu ölkənin xarici işlər naziri təyin edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
4
olke.az

5Mənbələr