AZ

Litva Belarusla sərhəddə olan keçid məntəqələrini bağlayıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Litva qaçaqmalçıların hava şarlarının onun hava məkanını zəbt etməsinə cavab olaraq Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.

Mərkəzin rəhbəri Vilnüs hava limanının yenidən açılmasından sonra bu qərara yenidən baxılacağını deyib.

Qeyd edək ki, bir neçə saat bundan əvvəl sərhəddən qaçaqmalçılıq yolu ilə malların keçirilməsi üçün hava şarlarının istifadə edilməsi səbəbilə Vilnüs hava limanının fəaliyyəti dayandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
1
apa.az

2Mənbələr