Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 5 il ötür. 2020-ci il oktyabrın 21-i Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edildi.
Prezident İlham Əliyev qəsəbənin işğaldan azad edilməsi barədə sosial şəbəkə hesabında paylaşım edərək, Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürüldüyünü açıqladı.
Həmin gün Azərbaycan Ordusu Ağbənd qəsəbəsinə Azərbaycan Bayrağını sancıb. Bayrağı sancan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə ediblər.