AZ

“Mehmetçik”in Livandakı missiyası daha 2 il uzadıldı

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Livanda yerləşən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrində (UNIFIL) iştirak müddəti daha 2 il uzadılıb.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında qərar qəbul olunub.

Bildirilib ki, Türkiyə 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi əsasında UNIFIL missiyasına qoşulub və bu müddət sonuncu dəfə 31 oktyabr 2024-dən etibarən 1 il müddətinə uzadılmışdı.

Yeni qərarla “Mehmetçik”in Livandakı fəaliyyəti 31 oktyabr 2025-dən etibarən əlavə 2 il müddətinə davam etdiriləcək.

"Cebheinfo.az" 

Seçilən
62
2
cebheinfo.az

3Mənbələr