AZ

Dəhşət: 2 iş yoldaşını maşın vurub öldürdü, atası da xəbəri eşidib vəfat etdi – Təfərrüat / VİDEO

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən iki piyadanı vurub.

NOCOMMENT.az xəbər verir ki, qəza nəticəsində hər iki piyada hadisə yerində ölüb.

Qəza zamanı ölənlər 45 yaşlı Salyan sakini Anar Həsənqulu oğlu Bayramov və 69 yaşlı Həsənli kənd sakini Manafov Mehdiqulu Allahyar oğludur.

Bildirilib ki, hər iki şəxs “Ələt” yarımstansiyasının əməkdaşları olub. Hadisə onlar işdən qayıdarkən baş verib.

Hadisəni eşidən mərhum A.Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.

Qəzanı törədənin Sabirabaddan olan Rəşad adlı şəxs olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
106
nocomment.az

1Mənbələr