AZ

Bakı-Yerevan istiqamətində uçuş həyata keçirilib

Bu gün Bakıdan Yerevana təyyarə  reysi həyata keçirilib. Səfər Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşıdakı görüşü ərəfəsində baş tutub.

Oktyabrın 21–22-nə planlaşdırılan görüşdə qarşılıqlı etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı və iki ölkənin vətəndaş institutları arasında uzunmüddətli əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.

N.Təbrizli

Seçilən
106
anews.az

1Mənbələr