AZ

Şengün 39 xalla rekord qırdı, komandası uduzdu

NBA-da yeni mövsümə start verilib.

Apasport.az xəbər verir ki, açılış matçında Türkiyə millisinin üzvü Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” evdə “Oklahoma Siti Tander”lə qarşılaşıb.

Türkiyəli basketbolçu bu görüşdə 39 xal, 11 ribaund, 7 asist və 1 blokla yadda qalıb. Lakin onun bu möhtəşəm çıxışı komandasına qələbə qazandırmağa kifayət etməyib.

Matç qonaqların qələbəsi ilə başa çatıb - 125:124.

Qeyd edək ki, Alperen Şengün bu nəticə ilə NBA karyerasında şəxsi rekordunu yeniləyib.

"Sumqayıt" "Sabah"ın sabiq oyunçusu ilə güclənib

Daha bir təmsilçimiz Avropa Kubokunda mübarizəyə başlayır

"Neftçi" də məğlub oldu

"Sabah" Almaniya klubuna məğlub olub

“Neftçi”nin oyunu təxirə salınıb

Seçilən
7
2
apasport.az

3Mənbələr