AZ

“Abşeron Lions” Bakıda Polşa klubu ilə üz-üzə - FIBA Avropa Kuboku

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində 1-ci qrupun növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gələcək. Qarşılaşma bu gün, saat 19.00-da Bakı İdman Sarayında olacaq.

1-ci qrupun digər görüşündə “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib. “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub - 85:93.

Seçilən
21
6
football-plus.az

8Mənbələr