AZ

Azərbaycan xarici bazarlara pomidor ixracını artırır

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici bazarlara 144 029 ton pomidor ixracı edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,1% çoxdur.

Eyni zamanda bu ilin ilk doqquz ayında ölkəmizdən xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157,172 milyon ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, xarici bazarlara pomidor ixracı dinamik şəkildə davam edir.

Seçilən
27
6
xezerxeber.az

10Mənbələr