AZ

Avstraliya baş nazirinin təyyarəsi ABŞ-də məcburi eniş etdi

Avstraliyanın Baş naziri Entoni Albanezenin təyyarəsi heyət üzvünün səhhətinin qəflətən pisləşməsi səbəbindən ABŞ-də məcburi eniş edib.

Avtosfer.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, Vaşinqtondan Kanberraya uçan Avstraliya liderinin təyyarəsi Sent-Luis şəhərində (Missuri ştatı) məcburi eniş edib. Planlaşdırılmamış enişə heyət üzvü, Avstraliya Hərbi Hava Qüvvələrinin zabitinin səhhətinin kəskin pisləşməsi səbəb olub. O, müayinə və müalicə üçün yerli xəstəxanaya göndərilib, baş nazirin təyyarəsi isə yaxın vaxtlarda yoluna davam edəcək.

Qeyd edək ki, Avstraliya hökumətinin başçısı oktyabrın 20-21-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla ilk ikitərəfli danışıqlarından sonra Kanberraya qayıdırmış.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr