AZ

Onlar vəzifədən gedir - Yeni təyinatlar olacaq

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.

Nazirliyin həyata keçirdiyi struktur islahatları çərçivəsində bəzi elmi qurumlar birləşdirilərək yeni institutlar formalaşdırılıb.

Hazırda cəmiyyətdə belə bir sual maraq doğurur: yeni yaradılmış institut və elmi müəssisələrə rəhbərlik edəcək şəxslər nə zaman təyin olunacaq? Mövcud rəhbərlərin fəaliyyətlərini davam etdirməsi planlaşdırılır, yoxsa onları yeni kadrlar əvəzləyəcək?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı **Elm və Təhsil Nazirliyi** tərəfindən Yeni Sabah"a verilən məlumata görə, bu istiqamətdə müvafiq müzakirələr davam etdirilir. Qərar qəbul edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, **Geologiya və Geofizika İnstitutu** ilə **Neft və Qaz İnstitutu** birləşdirilərək **Geologiya İnstitutu**, **Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu** ilə **Torpaqşünaslıq və Aqrokimya İnstitutu** birləşdirilərək **Coğrafiya İnstitutu**, **Fizika İnstitutu** ilə **Radiasiya Problemləri İnstitutu** birləşdirilərək **Fizika İnstitutu** yaradılıb.

Eyni zamanda, **Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu** ilə **Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu** birləşdirilərək **Kimya İnstitutu**, **İdarəetmə Sistemləri İnstitutu** ilə **Riyaziyyat və Mexanika İnstitutu** birləşdirilərək **Riyaziyyat İnstitutu** təşkil olunub. Həmçinin **Botanika İnstitutu** ilə **Dendrologiya İnstitutu** birləşdirilərək **Botanika İnstitutu**, **Zoologiya İnstitutu** ilə **Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu** birləşdirilərək **Canlı Sistemlərin Tədqiqi İnstitutu**, **Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu**, **Mikrobiologiya İnstitutu** və **Biofizika İnstitutu** isə birləşdirilərək **Molekulyar Biologiya İnstitutu** adı altında fəaliyyət göstərəcək.

Yeni institutların yaradılmasından əvvəl bu qurumlara rəhbərlik edən şəxslər aşağıdakılardır:
**Geologiya və Geofizika İnstitutunun** baş direktoru - akademik **Akif Əlizadə**,
**Neft və Qaz İnstitutunun** baş direktoru - akademik **Fəxrəddin Qədirov**,
**Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun** rəhbəri - coğrafiya elmləri doktoru, professor **Zakir Eminov**,
**Torpaqşünaslıq və Aqrokimya İnstitutunun** direktoru - **Əlövsət Quliyev**,
**Fizika İnstitutunun** direktoru - **Arif Həşimov**,
**Radiasiya Problemləri İnstitutunun** rəhbəri - AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor **İslam Mustafayev**,
**Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun** baş direktoru - akademik **Dilqəm Tağıyev**,
**Aşqarlar Kimyası İnstitutunun** rəhbəri - **Vaqif Məcid oğlu Fərzəliyev**,
**İdarəetmə Sistemləri İnstitutunun** baş direktoru - akademik **Əli Abbasov**,
**Riyaziyyat və Mexanika İnstitutunun** baş direktoru - AMEA-nın müxbir üzvü **Misir Mərdanov**,
**Botanika İnstitutunun** direktoru - biologiya elmləri doktoru, professor **Səyyarə İbadullayeva**,
**Dendrologiya İnstitutunun** baş direktoru - **Minarə Həsənova**,
**Zoologiya İnstitutunun** rəhbəri - aqrar elmlər doktoru, dosent **Ələddin Eyvazov**,
**Fiziologiya İnstitutunun** baş direktoru - biologiya elmləri doktoru, professor **Ulduz Fayızi Həşimova**,
**Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun** direktoru - akademik **İradə Hüseynova**,
**Mikrobiologiya İnstitutunun** baş direktoru - AMEA-nın müxbir üzvü **Pənah Muradov**,
**Biofizika İnstitutunun** rəhbəri - **Leylaxanım Məlikova**.

Seçilən
38
18
day.az

10Mənbələr