Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Eldar Həmzətqulu oğlu Səttarov idarə etdiyi "Toyota Aqua" markalı maşınla 1938-ci il təvəllüdü Hacı Əmir oğlu Ağayevin idarə etdiyi moped toqquşub. Nəticədə H.Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
"Cebheinfo.az"
 
                        