Bakı. Trend:
14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində AvropaProbasiya Konfederasiyasının (CEP) 15-ci Baş Assambleyası və“Probasiya sahəsində gender əsaslı zorakılıq: çağırışlar vəöyrənilmiş dərslər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Trendxəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məluat yayıb.
Bildirilib ki, NEUSTART təşkilatı ilə əməkdaşlıq çərçivəsindəkeçirilən və Avropanın müxtəlif ölkələrindən 100-dən artıq CEPüzvü, probasiya xidmətlərinin rəhbər şəxsləri, probasiyamütəxəssisləri, habelə ekspert və alimlərin qatıldığı tədbirdəölkəmizi Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi VüqarAğayev təmsil edib.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində CEP-in15-ci Baş Assambleyası tərəfindən qurumun üçillik fəaliyyətiqiymətləndirilib, qarşıdakı illər üçün fəaliyyət istiqamətlərimüəyyənləşdirilib, eləcə də quruma yeni üzvlərin yekun təsdiqihəyata keçirilib, CEP İdarə Heyətinin yeni üzvləri, o cümlədənprezident və vitse-prezidentlər seçilib.
Eyni zamanda, oktyabrın 15-də CEP-in Nizamnaməsinə uyğun olaraq,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətininquruma tam üzvlüyü Baş Assambleya tərəfindən yekdilliklə təsdiqedilib və artıq xidmətin adı CEP-in rəsmi saytında üzv kimi qeydolunub.
Qeyd edək ki, tam üzvlük statusunun əldə edilməsi AzərbaycanaCEP-in təqdim etdiyi bütün imkanlarından tam faydalanmaq hüququverir. Bununla da ölkəmiz digər üzv dövlətlərlə bərabər hüquq vəvəzifələrə malik olur, CEP tədbirlərinə həm iştirakçı, həm dəspiker qismində qatılmaq, ekspert qruplarının və şəbəkələrininfəaliyyətində yer almaq, habelə müxtəlif tədbirlərdə iştirak etməküçün güzəştlərdən yararlanmaq imkanı qazanır.
Tədbir çərçivəsində keçirilən seminarlar reabilitasiya sahəsindəqabaqcıl təcrübələrin öyrənilməsinə, qurumlararası əməkdaşlığıngücləndirilməsinə, həmçinin bərpaedici ədliyyə və zərərçəkmişşəxslərlə işə yönəlmiş yanaşmaların təkmilləşdirilməsinə həsredilib.