AZ

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyəti 25 milyon tonadək artırılacaq – Baş nazir

Bakı. Trend:

Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusiyer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin vəinvestisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanlarınyaradılması baxımından böyük potensiala malikdir.

Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, strateji coğrafi yerləşməsi və nəqliyyatinfrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyadamühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyinimöhkəmləndirib.

“Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədiləölkəmiz tərəfindən ardıcıl iş aparılır.

Keçən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyətiAzərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tonaqədər artırılıb.

Eyni zamanda ölkənin əsas dəmir yolları və avtomobil yollarışəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz TicarətLimanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyontonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinəstart verilib.

Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçininregionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir.

Cari ilin may ayında Laçında ölkəmizin 9-cu beynəlxalq havalimanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalqkarqo hava limanının tikintisi davam edir.

Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyatqovşaqlarından birinə çevirib”, - deyə Əli Əsədov vurğulayıb.

Məqalədə:
Seçilən
113
4
az.trend.az

8Mənbələr