AZ

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır (FOTO)

Bakı. Trend:

Astana şəhərində keçirilən Azərbaycan–Qazaxıstan Biznes Forumuçərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vəQazaxıstanın Xarici Ticarət Palatası arasında Azərbaycanın KOB evimodeli ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumuimzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vəQazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri MuratKarimsakov imzalayıblar.

Memorandum Azərbaycanın KOB evi modeli təcrübəsinin Qazaxıstandatətbiqi imkanlarına dair əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən,KOBİA sahibkarlara vahid məkanda xidmət modeli olan KOB evininyaradılması və fəaliyyətinin təşkili ilə bağlı təcrübəsiniQazaxıstanın Xarici Ticarət Palatası ilə bölüşəcək, bu məqsədlətəlimlərin və səfərlərin təşkili, zəruri hüquqi bazanın yaradılmasıüçün məsləhət dəstəyi, KOB evlərində göstərilən xidmətlərinQazaxıstanda KOB-ların ehtiyaclarına uyğunlaşdırılmasına kömək,eləcə də KOB-lar üçün dəstək infrastrukturu, innovativ və rəqəmsalxidmətlərin inkişafına yönəlmiş layihələr haqqında məlumatmübadiləsi və s. nəzərdə tutulur.

Səfər çərçivəsində KOBİA nümayəndələri Azərbaycan-QazaxıstanBiznes Şurasının 3-cü iclasında da iştirak ediblər. KOBİA-nın İdarəHeyətinin sədri Orxan Məmmədov Biznes Şuranın iki ölkəninsahibkarları arasında əməkdaşlıq, təcrübə və tərəfdaşlıqimkanlarının genişləndirilməsi üçün mühüm platformaya çevrildiyinivə Agentliyin belə platformaları dəstəklədiyini qeyd edib.Bildirilib ki, KOBİA Biznes Şura çərçivəsində biznes missiyalarınvə görüşlərin təşkilini, iş adamlarının iştirakı ilə birgəlayihələrin icrasını dəstəkləyir.

Həmçinin, KOBİA nümayəndələri Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi, səfir KairatSarybay ilə görüşüb. AQEM-in Astanadakı yeni qərargahında keçiriləngörüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə Biznes Şuraçərçivəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirəolunub. Qeyd edək ki, AQEM Nazirlər Şurasının qərarına əsasən2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir.Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın BiznesŞurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.

Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Qazaxıstan
Məqalədə:
Seçilən
7
9
az.trend.az

5Mənbələr