AZ

Paşinyan İlham Əliyevə təşəkkür etdi - Yeniləndi

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırılmasına görə təşəkkür edib.

News24.az xəbər verir ki, o bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.

O həmçinin, Baş nazir Əli Əsədova da təşəkkür edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - dövlət başçısı vurğulayıb. (APA)

***

10:40

Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayıb.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Paşinyanın forumudakı çıxışına istinadən məlumat yayıb.

“Bu, son dərəcə mühüm bəyanatdır və mən Prezident Əliyevin bu addımını yüksək qiymətləndirir, bu bəyanatı alqışlayıram", - deyə Paşinyan bildirib.

O qeyd edib ki, bir neçə ay əvvəl Qazaxıstandan taxılın Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana idxal ediləcəyini təsəvvür etmək çətin idi.

Paşinyan həmçinin bu məsələdə Qazaxıstan prezidentinin və Gürcüstan baş nazirinin rolunu vurğulayıb.


Teymur

Seçilən
103
27
news24.az

10Mənbələr