Bakı. Trend:
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyindəfəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və MənəviDəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə iki gün davamedəcək “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobalçağırışlar kontekstində” beynəlxalq simpozium başlayıb.
Trend xəbərverir ki, simpoziumun təşkilində məqsəd Azərbaycan və dünyada dintəhsili sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlərintəhlili və onların həlli istiqamətində təkliflərin müzakirəsi,məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.
Simpoziumda dünyəvi dövlətdə dini təhsilin konstitusional vəhüquqi əsasları, eləcə də dini təhsilin tolerantlıq vəmultikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimianlayışlarla qarşılıqlı təsiri, postsovet məkanında din təhsiliməsələləri, Azərbaycanda dövlət-din münasibətlərinintənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu, Prezident İlhamƏliyevin bu sahədə siyasətinin uğurlu nəticələrinə həsr olunmuşməruzələr dinləniləcək.
Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların,yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri iləyanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya,Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir vəİraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim vəmütəxəssislərindən ibarət 40-a yaxın xarici qonağın iştirakınəzərdə tutulur.