AZ

Tiflisdə mühüm tədbir: Əli Əsədov iştirak edir

Tiflisdə V yubiley İpək Yolu Forumu işinə başlayıb.

Publika.az xəbər verir ki, Tiflis Opera və Balet Teatrında forumun rəsmi açılış mərasimi keçirilir.

Tədbirdə Gürcüstan, Azərbaycan və Ermənistanın Baş nazirləri – İrakli Kobaxidze, Əli Əsədov və Nikol Paşinyan iştirak edir. Hökumət başçıları açılış nitqləri ilə çıxış edəcəklər.

İ.Kobaxidzenin himayəsi altında təşkil olunan, əsas mövzusu və şüarı “Bağlantıya investisiya yatırmaq – Sabitlikdə inkişaf etmək” (“Invest in Connectivity – Grow in Stability”) olan builki Tiflis İpək Yolu Forumuna 73 ölkədən 2 minə yaxın nümayəndə qatılıb. Tədbir yüksək vəzifəli siyasi xadimləri, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələrini, eləcə də regiondan kənar ölkələrin nazirlərini, aparıcı qlobal şirkətləri, beynəlxalq maliyyə institutlarını və ekspertləri bir araya gətirib.

Seçilən
39
10
publika.az

10Mənbələr