Litvanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bəyan edib ki, onun ölkəsi Litva hakimiyyəti qaçaqmalçıların ölkənin hava məkanına daxil olmasından sonra Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb. Onun sözlərinə görə, sərhədin bağlanması qərarı Vilnüs Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa etdikdən sonra ləğv ediləcək.
Qeyd edək ki, sərhəddən qaçaqmalçılıq yolu ilə malların keçirilməsi üçün hava şarlarından istifadə edildiyinə görə Litva paytaxtında hava limanının fəaliyyəti dayandırılıb.
Mətləb