AZ

İtkin kimi axtarılan şəxsin meyiti kanalda tapıldı

Hacıqabul rayonunda itkin kimi axtarılan şəxsin meyiti tapılıb.

Modern.az xəbər verir ki, sentyabrın 18-də Ağsu rayonunda itkin düşdüyü bildirilən Eldar Niftaliyevin meyiti oktyabrın 21-də aşkarlanıb.

Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Abdulabad kəndinin ərazisindən keçən “Şirvan” kanalında tapılıb.

Araşdırma aparılır.

Seçilən
45
3
modern.az

7Mənbələr