AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov edib. Onun sözlərinə görə, bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir: "Biz indi çox konkret və olduqca vacib bir suala cavab axtarırıq: mənəvi irsə, ənənələrə, dəyərlərə toxunmadan yeni reallıqlara uyğunlaşmaq mümkündürmü? Bu sualın cavabı bizə həm də mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində müasir dini təhsil modelləri barədə aydın təsəvvür əldə etməyə imkan yarada bilər.
Bu təsəvvürləri dəqiqləşdirmək üçün başqa bir suala da cavab axtarmaq zərurəti meydana çıxır: müasir dünyanın hansı dini təhsil modelinə ehtiyacı var? Biz elə bir model tapmalıyıq ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edə bilsin".
O əlavə edib ki, ictimai münasibətlər sisteminin çox vacib elementlərindən biri kimi çıxış edən dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsaslarının qurulması ənənəvi dini biliklərin tədrisində rəqəmsal texnologiyalar, süni intellekt, innovativ təhsil metodları kimi vacib alətləri tətbiq etmək məcburiyyəti doğurur:
"Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm bir alətdir".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta