Avstraliyanın baş naziri Entoni Albanezin təyyarəsi ABŞ-də məcburi eniş edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Missuri ştatının Sent-Luis şəhərində baş verib.
Avstraliya Hərbi Hava Qüvvələrinin pilotunun ağır cismin vurmasından sonra beyin silkələnməsi zədəsi aldığı bildirilib. O, əyalət xəstəxanasına aparılıb: "Baş nazir Albanesenin təyyarəsi Sent-Luisdə təcili eniş edib. Hərbi-hava qüvvələrinin pilotu xəstəxanadadır".
Qeyd edək ki, baş nazir bu gün ABŞ prezidenti Donald Trampla görüşəcək.
Ağarza Elçinoğlu