Rusiya ordusu Kiyevdə yaşayış və mülki binaları raket və PUA-larla atəşə tutub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
“Hücum zamanı raket qalıqları Kiyevdə yaşayış binasının həyətinə düşüb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb”, - mer bildirib.
Darnitski rayonunda PUA qırıntıları yataqxananın üzərinə düşüb, Dneprovski rayonunda isə tibb müəssisəsinə ziyan dəyib.
Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Axar.az