AZ

Onların əməkhaqlarına əlavənin müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il yanvarın 1-dək veriləcək.

Xatırladaq ki, daha əvvəl bu müddət 2025-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.

Seçilən
46
4
avtosfer.az

10Mənbələr