AZ

Azərbaycan və Baltikyanı ölkələr "yaşıl" enerji sahəsində əməkdaşlıq üçün real potensiala malikdirlər

Bakı. Trend:

Bu gün baş tutan tədbir Azərbaycan ilə Latviya, Estoniya vəFinlandiya iş dairələri arasında iqtisadi tərəfdaşlığınmöhkəmlənməsində yeni mərhələ olacaq.

Trend xəbər verirki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya HacılıAzərbaycan, Latviya, Estoniya və Finlandiya sahibkarlarının B2Bformatında keçirilən görüşləri çərçivəsində təşkil olunankonfransda bildirib.

Onun sözlərinə görə, Baltik və Şimali Avropa ölkələri innovativiqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsalhəlləri ilə bütün dünyada tanınır.

Baş katib həmçinin qeyd edib ki, Azərbaycan isə öz növbəsindəCənubi Qafqazın iqtisadi mərkəzi, enerji, nəqliyyat, logistika vəmüasir kənd təsərrüfatı sənayesində regional lider kimi yeniəməkdaşlıq imkanları təqdim edir.

O vurğulayıb ki, hazırkı görüş çox mühüm bir addımdan – MilliSahibkarlar Konfederasiyasının üç ölkənin sahibkar birlikləri vəsənaye təşkilatları ilə Anlaşma Memorandumu imzalamasından sonrakeçirilir.

Ziya Hacılının sözlərinə görə, bu razılaşmalar sadəcə rəmzixarakter daşımır, əksinə, işgüzar dairələr arasında uzunmüddətli vəinstitusional əməkdaşlıq üçün praktiki bir “yol xəritəsi” rolunuoynayır.

O bildirib ki, birgə fəaliyyət üçün real potensial “yaşıl”enerji və bərpa olunan texnologiyalar, rəqəmsal iqtisadiyyat vəinnovativ ekosistemlər, o cümlədən startap sahəsində əməkdaşlıq,eləcə də kənd təsərrüfatı və qida sənayesi kimi əsas istiqamətlərdəmövcuddur.

O əlavə edib ki, son on il ərzində Azərbaycan hökuməti aqrarsektorun inkişafına yönəlmiş müxtəlif strategiya və fəaliyyətplanlarını təsdiqləyib və bu gün Kənd Təsərrüfatı Nazirliyi,İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları investorları fəalşəkildə dəstəkləyir.

Bundan əlavə, onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatıməhsullarının ixracı üçün əlverişli şərait yaradır – vergi vəgömrük güzəştləri, həmçinin MDB və İslam ölkələri ilə ticarətdərüsumdan azadolma rejimi tətbiq olunur.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr