NATO-nun Baş katibi Mark Rutte Vaşinqtona elan olunmamış səfər edib. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində Mark Ruttenin Donald Trampla görüşəcəyi bildirilir. Məlumata görə, media ilə ünsiyyət olmayacaq. Görüşün mövzusu da açıqlanmayıb.
Səfər Donald Tramp və Vladimir Putinin Budapeştdə mümkün görüşünə hazırlıqların ləngiməsi fonunda baş tutub.
Mətləb