
Baytarlıq mütəxəssisləri xəbərdarlıq edir: yoluxma hallarının qarşısını almaq üçün mütəmadi peyvəndləmə və nəzarət tədbirləri zəruridir.Dabaq, əsasən cütdırnaqlı heyvanlarda müşahidə olunan, virus mənşəli və yüksək yoluxuculuq qabiliyyətinə malik infeksion xəstəlikdir. Bu xəstəlik ağız boşluğunda, yelində və dırnaqlarda yaranan aftalı zədələnmələrlə xarakterizə olunur. Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev ulusum.az-a xəbər verir ki, xəstəliyin 7 tipi və 60-dan artıq alt tipi mövcuddur. 2023-cü ildən bəri profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə peyvənd proqramına 4-cü tip də əlavə olunub. Rzayev bildirib ki, dabaq xəstəliyinin insanlara çiy heyvan mənşəli məhsullardan keçməsi nəzəri baxımdan mümkün olsa da, Azərbaycanda bu risk faktiki olaraq yoxdur.
Diqqət Çəkənlər
Göz problemləri vaxtında aşkarlanmasa, gec ola bilər - Göz Sağlamlığı Gecikməni Bağışlamır
Rənglərin Qardaşlığı Daşkənddə Birləşdi – Ulusum.az Sənətin Diplomatiyasını Yaradır
BDU-da “Peşəkar Gələcəyə Doğru Körpü” Karyera Sərgisi Keçirildi