AZ

AMB: İnflyasiyanın 75%-i təklif amillərindən asılıdır

BAKI, 22 oktyabr. TELEQRAF

2025-ci il üzrə inflyasiya 75% təklif amillərindən asılı olacaq. 2026-cı il üzrə isə bu göstərici 80% ətrafındadır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş Direktoru Vüqar Əhmədov mətbuat konfransı zamanı deyib:

"Oktyabr proqnozu göstərir ki, 2025-ci ilin sonuna kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin inflyasiyaya artırıcı təsiri 3.64 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı inflyasiya göstəricisinin tövhəsi isə 2.8 faiz bəndi artırıcıdır. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.57 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri isə 0.34 faiz bəndidir.
Sərnişindaşıma və ya digər tariflərlə bağlı isə 0.14 faiz bəndi artırıcı təsir var. Dövlət istehlakı isə bir qədər azaldıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 25%, təklif amilləri isə 75%-dir. Bunların içimdə isə xarici amillərin xalis təsiri isə 2.46 faiz bəndi artırıcıdır".

Seçilən
47
3
teleqraf.com

4Mənbələr