AZ

Taleh Kazımov: “Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında valyuta bazarındakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

FED.az xəbər verir ki, Taleh Kazımov bildirib ki, Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir. Son valyuta hərraclarında isə bir hərrac üzrə 70 milyon dollar həcmində sifariş daxil olur.

Sədrin sözlərinə görə, bir hərrac üzrə valyuta satışı isə ortalama 45-50 milyon dollar həcmindədir.

Seçilən
85
fed.az

1Mənbələr