AZ

Marqarita Simonyan Putinə görə xərçəng xəstəliyinin müəlicəsini... - Özü danışdı

“Rossiya Seqodnya” beynəlxalq media qrumunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan kimyaterapiyanın ilk kursunu başa vurub.

Publika.az xəbər verir ki, o, bunu "Telegram" kanalında elan edib.

Qeyd edək ki, o, belə bir elanla səhhəti ilə bağlı çoxsaylı suallara cavab verib.

"Bu, son tarix idi. Mən xüsusi olaraq xahiş etdim ki, onu ən son məqbul tarixə qədər təxirə salaq ki, biz Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə RT-nin yubiley tədbirlərini normal şəkildə keçirə bilək", - Simonyan deyib.

Onun sözlərinə görə, daha neçə kimyaterapiya kursunun tamamlanmasının lazım olacağı hələ məlum deyil.

Seçilən
67
publika.az

1Mənbələr