AZ

İtaliyanın şimalında əlverişsiz hava şəraitinə görə narıncı xəbərdarlıq verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Roma, 22 oktyabr, AZƏRTAC

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraitinə görə bəzi bölgələrdə narıncı xəbərdarlıq elan olunub.

AZƏRTAC xəbər verir ki, Toskana regionunda şiddətli yağış və güclü tufan xəbərdarlığı verilib, bir çox bələdiyyələrdə məktəblər bağlanıb. İtaliyanın mərkəzində və cənubunda, xüsusən də Tirren dənizi sahillərində daha güclü leysan yağışları gözlənilir. Hava şəraitinin yaxın bir neçə saat ərzində sürətlə dəyişəcəyi bildirilib.

Toskana regionunun rəhbəri Eugenio Giani gözlənilən hava şəraiti ilə bağlı əhaliyə və regional mülki müdafiə qüvvələrinə xəbərdarlıq edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
2
azertag.az

3Mənbələr