AZ

FAO: Azərbaycanla münasibətlər yüksələn xətlə inkişaf edir

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu konfrans olduqca vacib və əhəmiyyətli bir tədbirdir. Toxum bizim əsas qayəmizdir. Yediyimiz çörək, masamızın üzərində olan yağ, təamlar və xörəklərin başlanğıcı toxumladır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda keçirilən konfrasda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, toxumçuluğun gücləndirilməsi, istehsalı və sertifikasiyası kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir.

“Toxumların iqlimə adaptasiyasının da həyata keçirilməsi vacib məsələdir. Azərbaycan FAO üçün önəmli tərəfdaşdır. Azərbaycanla FAO arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Biz tərəfdaşlıq çərçivəsində çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda fermerlər, qurumlar, aqrar icmalar, tədris ocaqları və nazirliklə əməkdaşlığın gücləndirilməsini davam etdiririk”, - deyə N.Hayat vurğulayıb.

Seçilən
101
1
azertag.az

2Mənbələr