AZ

Gələn il Bakıda Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Biz həmkarımla müxtəlif beynəlxalq platformalarda mütəmadi şəkildə görüşlər keçiririk, ikitərəfli münasibətləri və çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə edirik.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ikitərəfli səfərlərin əhəmiyyəti hər zaman daha böyükdür: “Biz genişspektrli məsələləri əhatə edə bildik. Eyni zamanda, qarşılıqlı maraq doğuran regional və qlobal mövzular da müzakirə sırasındadır. Estoniya və Azərbaycan münasibətləri qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Estoniya və Azərbaycan arasında 2026-cı ilin ilk yarısında növbəti siyasi məsləhətləşmələr Bakı şəhərində keçiriləcək”.

Seçilən
52
2
apa.az

3Mənbələr