MLS-də oktyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.
QOL.az xəbər verir ki, bu, “İnter Mayami”nin hücumçusu Lionel Messidir. Argentinalı futbolçu bu ay 3 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.
Messi bu mövsüm 3-ci dəfə ayın oyunçusu seçilib. 38 yaşlı futbolçu ötən mövsüm isə iki dəfə bu mküfata layiq görülüb. O, MLS-də 5 dəfə ayın futbolçusu seçilıən ilk oyunçu kimi çempionatın tarixinə düşüb.