Demokrat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili qəbul edib. Daha sonra isə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru general-mayor Saad bin Məhəmməd Əl-Kəsiri ilə görüş keçirilib.
Görüşlərdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında keçirilmiş Birgə Hərbi Komitənin görüşünün Protokolu" imzalanıb.


10Mənbələr
-
aznews.azAzərbaycan və Səudiyyə Ərəbistanı MN arasında protokol imzalanıb ( 22663708)
-
azerbaijan-news.azAzərbaycanın və Səudiyyə Ərəbistanının müdafiə qurumları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib ( 22661668)
-
leqal.infoAzərbaycan və Səudiyyə Ərəbistanı MN arasında protokol imzalanıb ( 22660294)
-
far.azAzərbaycan hərbi nümayəndələri Səudiyyə Ərəbistanına səfər edib ( 22659763)
-
Ajans.azHərbçilərimiz Səudiyyə Ərəbistanında səfərdədir ( 22659439)
-
azadmedia.azAzərbaycan hərbi nümayəndələri Səudiyyə Ərəbistanına səfər edib » AzadMedia.az ( 22657672)
-
demokrat.azAzərbaycan və Səudiyyə Ərəbistanı MN arasında protokol imzalanıb — FOTOLAR ( 22657657)
-
azertag.azAzərbaycanın və Səudiyyə Ərəbistanının müdafiə qurumları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib ( 22657207)
-
herbiand.azAzərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib ( 22657111)
-
azadmedia.azAzərbaycan hərbi nümayəndələri Səudiyyə Ərəbistanına səfər edib » AzadMedia.az ( 22656583)