Xarkovun Xolodnogorsk rayonuna PUA zərbəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Məlumata görə, hücum zamanı həmçinin uşaq bağçasında yanğın başlayıb və uşaqların təxliyəsi davam edir.
Xarkov meri İqor Terehov da özünün “Telegram” kanalında hücumun Xolodnogorsk rayonundakı özəl uşaq bağçasına edildiyini bildirib. Daha sonra o, bütün uşaqların bağçadan təhlükəsiz şəkildə çıxarıldığını və yanğının hələ də davam etdiyini qeyd edib.