AZ

Ermənistanda arxiyepiskop Natan Ovanisyan İstintaq Komitəsinə ÇAĞIRILDI

Arxiyepiskop Natan Hovhannisyan İstintaq Komitəsinə çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildiriblər.

Ermənistan Arxiyepiskopu Natan Ovanisyan ölkənin İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Bu barədə Radar Armenia agentliyi komitəyə istinadən məlumat yayıb.

Qurumun açıqlamasına görə, Ovanisyan internetdə yayılan bir səs yazısı ilə bağlı başlanmış cinayət işi çərçivəsində aparılan ilkin istintaq zamanı dindirilib.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Seçilən
116
7
interpress.az

9Mənbələr