AZ

Nyukasl Mourinyonun Benfika sını dağıtdı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

''Fənərbaxça''dan ayrıldıqdan sonra ''Benfika''nın başına keçən Joze Mourinyonun vətənində də işləri qaydasında getmir. "Football-plus.az" xəbər verir ki, ''qartallar'' Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunda ''Nyukasl'' ilə səfər oyununda 3 cavabsız qol buraxaraq böyük bir fiaskoya uğradılar. İngilislərə qələbəni Entoni Qordon və dubl eden Harvi Barnsın qolları qazandırdı. Bununla da ''Benfika'' Mourinyo ilə ardıcıl 2-ci ÇL matçından xalsız və qolsuz ayrıldı. Özü də komanda hər iki oyunu İngiltərədə keçirib. Ötən tur lissabonlular Londonda ''Çelsi''yə minimal hesabla uduzmuşdular. Ümumiyyətlə ''Benfika''nın ÇL-də İngiltərə təmsilçilərinə qarşı qələbəsiz seriyası 11 oyuna yüksəldi (3 heç-heçə, 8 məğlubiyyət). Son qələbə 2006-nın martında 1/8 finalın cavab oyununda səfərdə ''Liverpul'' üzərində qazanılıb (2:0). ''Benfika''nın 3 turdan sonra hələ də xalı yoxdu. Təsnifat mərhələsini nəzərə almasaq, komanda hazırda ÇL-də 5 oyunluq məğlubiyyət seriyasına malikdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
icma.az

2Mənbələr