Azərbaycanda nağdsız hesablaşmalarla bağlı qanunda dəyişiklik təsdiqlənib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Nağdsız hesablaşmalar haqqında" Qanundan etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün gündəlik nağd ödəniş məbləği 20 manatdan 30 manata qədər artırılıb.