Bakı, 22 oktyabr, AZƏRTAC
Estoniya Hökuməti Azərbaycanda təmsilçiliyini artırmalıdır. Biz yaxın zamanda burada tamhüquqlu səfirlik açacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahka Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
O bildirib ki, bu addım diplomatik səviyyədə, eləcə də siyasi və biznes sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi baxımından çox vacibdir.