AZ

Xarici qonaqlar Qarabağ Universitetini ziyarət ediblər

Missiya.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səkkiz ölkədən olan səyyahlar Qarabağ Universitetinə gəliblər.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, onlar burada tədris prosesinin təşkili və tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Səyyahlar həmçinin universitetin yeni kampuslarının inşa edildiyi tikinti meydançalarında olublar.

Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar iki gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
missiya.az

4Mənbələr