AZ

“Barselona”nın ABŞ-dakı oyunu LƏĞV OLUNDU

“La Liqa” ABŞ-da keçirilməsi planlaşdırılan “Vilyarreal” – “Barselona” oyununun ləğv olunduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, yayımlanan bəyanatda bunlar qeyd edilib:
 

“La Liqa bildirir ki, Mayamidə rəsmi La Liqa oyununun təşkili üzrə promouterlə aparılan danışıqlardan sonra son həftələrdə İspaniyada yaranmış qeyri-müəyyənlik səbəbindən tədbirin ləğv edilməsi barədə qərar qəbul olunub.


Xatırladaq ki, La Liqa komandaları sözügedən matçların xaricdə keçirilməsinə etiraz olaraq 9-cu turun oyunlarında start fitindən sonra ilk saniyələrdə oynamayıblar.

Bizim.Media

Seçilən
97
1
bizim.media

2Mənbələr