AZ

Ordubadın yüksək dağlıq ərazilərinə 14 santimetr qar yağıb

Oktyabrın 22-də səhər saatlarından etibarən Ordubad rayonunun ucqar kəndləri və dağ massivlərində hava şəraiti kəskin dəyişib, havanın temperaturu xeyli enib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, rayonun 3500 metrədək yüksəklikdə yerləşən dağlıq ərazilərinə qar yağıb.

Qarın hündürlüyü 14 santimetrdir.

Bizim.Media

Seçilən
55
4
bizim.media

6Mənbələr