AZ

Pezeşkian: “Sistemi “silkələmək” lazımdır

AzVision.az xəbər verir ki, Yusif Pezeşkian bununla bağlı öz telegram-kanalında paylaşım edib.

Onun sözlərinə görə, İtran prezidenti Məsud Pezeçkianın planı, gələcəyə baxışı və ümidi var, lakin onun ideyaları cəmiyyət tərəfindən düzgün qiymətləndirilmir və qəbul edilmir.

“Prezidentin intellektual paradiqması onu tənqid edənlərin fikirlərindən fərqlənir. Problemlərin həlli hökumətin, parlamentin, məhkəmənin, dini qurumların və xalqın birgə fəaliyyətini tələb edir. Köhnə üsulları təkrarlamaqla yeni nəticələr gözləmək olmaz”, - Yusif Pezeşkian yazıb.

O, bildirib ki, bəzən işləri hərəkətə gətirmək üçün sistem “silkələmək” zərurəti yaranır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
41
1
azvision.az

2Mənbələr