AZ

Ölkədə rəqəmsal fırıldaqçılıq hallarının sayı azalıb

Cari ilin ikinci rübündə ölkədaxili maliyyə fırıldaqçılıq əməliyyatlarında azalma qeydə alınıb.

Belə ki, birinci rüblə müqayisədə rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11%, əməliyyat sayı 27%, təsirə məruz qalan kartların sayı isə 19% azalıb.

Bununla yanaşı, ölkəxarici fırıldaqçılıq əməliyyatlarında əksinə, artım müşahidə olunub. İkinci rübdə bu tip əməliyyatların sayı 13,8%, məbləği isə 36,9% artıb. Təsirə məruz qalan kartların sayı da 16,8% yüksəlib.

Seçilən
104
teleqraf.com

1Mənbələr