Zərdabda özünü tiktoker kimi tanıdan şəxs polisə maneə törətdiyinə görə həbs edilib.
Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti əsasında əraziyə gələn polis əməkdaşları qanunvericiliyə uyğun tədbirlər həyata keçiriblər.
Publika.az lent.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı aparılan araşdırmalar zamanı kənd sakini, özünü fəal TikTok istifadəçisi kimi təqdim edən Laçın Əsədov əsassız iddialar və tələblərlə çıxış edərək, hüquq-mühafizə orqanlarının xidmətinə bilərəkdən maneə yaradıb.