“Orta Dəhliz baş tutub, lakin onun hökumətlərarası sazişi, hüquqi-institusional bazası yoxdur. Bu, çox vacib elementdir”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxışında deyib.
Onun sözlərinə görə, yük göndərənlər zəmanətli tarifər istəyir, infrastruktura sərmayə yatıranları isə yük axınlarının nə qədər zəmanətli olduğu maraqlandırır.
“Bu məsələlər hökumətlərarası saziş çərçivəsində həll olunmalıdır. İştirakçı ölkələrin sənədi birgə hazırlamasına ehtiyac yaranıb”, - Sauranbayev vurğulayıb.
Nazir Qazaxıstanın Orta Dəhlizin inkişafında maraqlı olduğunu və bu istiqamətdə bütün səylərini səfərbər etməyə hazırlığını bildirib.