AZ

İspaniyanın ən yeni sualtı qayığı NATO-nun missiyasında iştirak edəcək

İspaniya Hərbi Dəniz Qüvvələrinin S-81 “Isaac Peral” yeni nəsil dizel-elektrik sualtı qayığı NATO-nun başçılıq etdiyi “Sea Guardian” əməliyyatında iştirak edəcək. Sualtı qayıq Aralıq dənizində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Kartagenadan yola düşüb.

Herbiand.az bildirir ki, bu, sualtı qayığın NATO tərəfdaş qüvvələri ilə qarşılıqlı əlaqədə ilk təcrübəsidir.

Əməliyyatda NATO üzvü olan ölkələrin gəmiləri, sualtı qayıqları, təyyarələri və pilotsuz aparatları sularda patrul edir, kəşfiyyat məlumatlarını paylaşır və lazım gəldikdə təhdidlərə cavab verirlər.

“Isaak Peral” dizel-elektrik sualtı qayığının uzunluğu 80,1 metr və eni 7,3 ​​metrdir.

Sualtı qayıq DM2A4 torpedaları üçün altı 533 mm-lik torpedo borusu ilə təchiz olunub. Silahlanmaya həmçinin, gəmi əleyhinə “Harpun” raketləri də daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
74
herbiand.az

1Mənbələr