AZ

Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün birgə müəssisə yaradılıb.

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair mühüm - SƏNƏD İMZALANIB

FED.az xəbər verir ki, bu barədə energetika naziri Yerlan Akkenjenov bildirib.

“Hazırda müəssisə təsis olunub və texniki-iqtisadi əsaslandırma maliyyələşdirilib. İki bank, o cümlədən Asiya İnkişaf Bankı bu işə dəstək verib. Əsaslandırma işləri başa çatdıqdan sonra layihənin dəqiq dəyəri məlum olacaq və qərarlar veriləcək”, – nazir qeyd edib.

Xatırladaq ki, Xəzər dənizinin dibindən çəkiləcək enerji kabeli Qazaxıstan, Azərbaycan və Özbəkistanın enerji sistemlərini birləşdirməyi nəzərdə tutur. (Apa)

Seçilən
9
7
fed.az

8Mənbələr