AZ

“Puqaçova bir ilə yaxındır ki, pensiya almır”

“76 yaşlı müğənni Alla Puqaçova bir ildən çoxdur ki, pensiya almır. 2022-ci ildə Rusiyanı tərk etdikdən sonra onun ödənişləri dondurulub və o, ödənişləri bərpa etməyə tələsmir”.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya pravda”ya Rusiya Konsulluğundan bildirilib.

“Hazırda Alla Puqaçova pensiya almır, çünki 2023-cü ildən Rusiyadan kənarda yaşayan təqaüdçülər ildə bir dəfə sağ olduqlarını təsdiq etməlidirlər”, - açıqlamada vurğulanıb. 

Qeyd olunur ki, ödənişlərin bərpa olunması üçün müğənni Rusiyaya getməli və pensiya fonduna müraciət etməli və ya Rusiya konsulunun qəbulunda olmalıdır.

Xatırladaq ki, bir müddət öncə Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk edən müğənni Alla Puqaçovanın hələ də öz ölkəsində pul qazanmağa davam etdiyi barədə məlumat yayılıb. Bildirilir ki, sənətçi Rusiyada Xalq artisti adı və aldığı dövlət mükafatları da daxil olmaqla aylıq 105 min rubl (təxminən 2200 AZN) təqaüd alır və pulu bank hesablarına qoyur. Qeyd olunur ki, onun ümumilikdə hesablarına köçən illik ödənişlər 1,2 milyon rubldan (təxminən 25 min AZN) çoxdur.

"Cebheinfo.az" 

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr